“İnternet medianın hüquqi statusu müəyyən edilməlidir”

İnterpress.az xəbər verir ki, bunu millət vəkili Əflatun Amaşov deyib. Amaşov əlavə edib ki, “Azərbaycanda milli təhlükəsizlik konsepsiyası var. Orada informasiya təhlükəsizliyi ilə bağlı bəzi müdəalar öz əkasini tapıb. Ancaq, hesab edirəm ki, informasiya təhlükəsizliyi haqqında əlavə qanununa ehtiyac var”.

Bundan başqa, Ə. Amaşov Azərbaycanda diformasiyaya görə, məsuliyyətə cəlb edilən jurnalist olmasa da belə bir qanunun qəbul olunmasınını düşünmək lazım olduğunu da vurğulayıb.

Daha sonra, internet mediasının maliyyələşdirməsindən danışan millət vəkli bildirib ki, bu medianın hüquqi statusu müəyyən edilməldir.

(Visited 1 times, 1 visits today)