Kimya üzrə Nobel mükafatının sahibləri açıqlandı

Kimya sahəsi üzrə Nobel mükafatçılarının adı məlum olub.

ATV.az-ın məlumatına görə, bu ilki mükafata 3 alim fransalı Jan Pyer Sovaj, amerikalı Ceyms Freyzer Stoddart və hollandiyalı Bernard Ferinqa sahib olub. Onlar molekul həcmindəki aparatların sintezi və dizaynına  görə Nobel mükafatına layiq görülüb.

Qeyd edək ki, sülh üzrə Nobel mükafatının qalibi iki sonra açıqlanacaq. İqtisadiyyat üzrə Nobel mükafatının qalibinin adına oktyabrın 10-da aydınlıq gələcək. Ədəbiyyat üzrə Nobel mükafatının qalibinin adının açıqlanacağı tarix isə hələki məlum deyil.

 

(Visited 1 times, 1 visits today)