Müasir dilçiliyin aktual problemləri təhlil olunacaq

Noyabrın 24-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan “Müasir dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Tədbir Sumqayıt Dövlət Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu tərəfindən birgə təşkil edilib.

Konfransda ədəbi dil və dil normaları qloballaşma şəraitində: mövcud vəziyyət və problemlər, kütləvi informasiya vasitələrinin dili, müqayisəli dilçilik: dillərin linqvodidaktik təsviri, üslubiyyat və semantika və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

(Visited 8 times, 1 visits today)