“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi hazırdır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsinin və Naxçıvan Ali Məclisinin dəstəyi ilə hazırlanan “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi artıq hazırdır.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, həmin cildi çapa təqdim etmək üçün akademik H.Əliyev adına Coğrafiya İnstitutun alimləri – direktorun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, baş elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov və aparıcı elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru Elina Kərimova oktyabrın 23-də Naxçıvana ezam olunacaqlar.

Kitabın Naxçıvanın iqtisadi-sosial coğrafiyasına həsr olunan ikinci cildinın çapı bu ilin sonunadək nəzərdə tutulub.