Son dəqiqə: Dünyanın maraqla gözlədiyi xəbər gəldi

ABŞ-lı müğənni Bob Dilan 16 gün davam edən səssizliyə son qoyaraq, “Nobel Ədəbiyyat Mükafatı”nı qəbul etdiyini açıqlayıb.

Akademik.Az xəbər verir ki, “The Telegraph” qəzetinə danışan Dilan “mümkün olsa, mükafatı almağa şəxsən gedəcəm” ifadəsini işlədib.

Qeyd edək ki, İsveç Akademiyası “Nobel Ədəbiyyat Mükafatın”ı layiq gördüyü 75 yaşlı müğənni Dilanla əlaqə saxlaya bilmirdi.

Xatırladaq ki, keçən həftə İsveç Akademiyası üzvlərindən Per Vastberq Dilanın səssizliyini “kobud və həyasızlıq” adlandırmışdı.

Dilan “The Telegraph”a etdiyi açıqlamada “Nobel Ədəbiyyat Mükafatı”na laiq görülməsini “çaşdırıcı və inanılmaz” olaraq xarakterizə edib.

Qəzetin yazdığına görə, Dilan “İnanmaq çətindir. Kim belə bir şeyin xəyalını qurar ki?!” deyib.

(Visited 1 times, 1 visits today)