Tələbələr ağacların kəsilməsinə etiraz edir

Hal-hazırda Xəzər Universitetinin iki addımlığında yerləşən kiçik park dağıdılaraq, yerində təyinatı hələ heç kimə bəlli olmayan kafe-restoran tikilir. Parkın hündür hasara alınması içəridə hansı işlərin aparıldığını gizlədə bilməmişdir. Tələbələr bütün prosesi universitetin yuxarı mərtəbələrindən foto və video görüntülərlə qeydə alıblar. Müxtəlif vaxtlarda çəkilmiş fotoların müqayisəsi sübut edir ki, parkda aparılan işlər zamanı ağaclar kəsilərək məhv edilir.

Bu səbəbdən tələbələr “Xəzər Universitetinin “oksigen mənbəyi”ni məhv etməyin!” adlı imza toplama kampaniyası başlayaraq, ağacların kəsilməsinə etiraz edir.

 

Parkda 50-dən çox yaşı olan bir neçə ağac kəsilib və digərlərinin də kəsilməyəcəyinə heç kim zəmanət vermir.

Akademik.Az

14702507_1778816322381299_3512760473935482526_n

1 3

 

 

 

(Visited 1 times, 1 visits today)