Türkdilli ölkələrin akademik müəssisələrinin kitabxanaları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova 03-10 oktyabr 2016-cı il tarixlərində Özbəkistan Respublikasında ezamiyyətdə olub.

L.İmanova Türkoloji Qurultayın 90 illiyi münasibətilə Özbəkistanın Daşkənd şəhərində keçirilməsi nəzərdə tutulan tədbirlər çərçivəsində türkdilli ölkələrin akademik müəssisələrinin kitabxanaları arasında əməkdaşlığın şəbəkə texnologiyalarının inkişafı daxil olmaqla vahid məlumat mübadiləsi imkanlarının müzakirəsində iştirak edib.

(Visited 1 times, 1 visits today)