UNEC-də ingilis dilində danışıq klubu yaradılıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində ingilis dilində danışıq klubu yaradılıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, mentorların və yuxarı kurs tələbələrinin dəstəyi ilə məktəbin birinci kursları üçün təşkil edilən klub bu həftədən fəaliyyətə başlayır. On iki qrupdan ibarət danışıq klubu birinci kurs tələbələrini əhatə edərək bütün həftə boyu fəaliyyət göstərəcək.

Danışıq klubunun yaradılmasının məqsədi birinci kurs tələbələrinə ingilis dilini sürətlə mənimsəmələrinə və Beynəlxalq İqtisadiyyat Məktəbində tədris prosesinə inteqrasiya etmələrinə dəstək verməkdir.

(Visited 1 times, 1 visits today)