UNEC tələbələri Beynəlxalq foruma qatılıblar

Azərbayjan Dövlət İqtisad Unviersitetinin (UNEC) professor və tələbələrindən ibarət nümayəndə heyəti Dağıstanın Mahaçqala şəhərində keçirilən “Yüksəklik” Beynəlxalq Tələbə Təhsil forumunda iştirak edib.

UNEC-in “Maliyyə və maliyyə institutları kafedrası”nın professoru, Rusiya Federasiyasının iqtisad elmləri doktoru Elnur Sadıqovun rəhbərliyi ilə foruma qatılan nümayəndə heyəti treninqlərdə iştirak edib. Tələbə özünüidarəetmə orqanlarının işinin təşkili, kadr ehtiyatları, sosial siyasət və tələbə inzibati idarəetməsi ilə bağlı treninqləri universitetlərin tələbə təşkilatlarının rəhbərləri aparıblar.

Dağıstan Dövlət Universitetinin və Rusiya Federasiyasının Tələbə və Gənclər Birliyi Assosiasiyasının təşəbbüsü ilə keçirilən forumda dünyanın 11 ölkəsinin və Rusiya Federasiyasının 16 universitetinin tələbələri iştirak edib. Tədbir müxtəlif ölkələrdən olan tələbə-gənclər arasında əlaqələrin qurulması, gənclərin idarəetmə sahəsində yeni biliklərin əldə olunması və bu sahədə təcrübə mübadiləsinin aparılması məqsədilə keçirilib.

(Visited 1 times, 1 visits today)