Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının regional seminarı 2018-ci ildə Bakıda keçiriləcək

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının toplantısında iştirak edir.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsinin əsas məqsədi quruma üzv olan universitetlər arasında əlaqələrin genişləndirilməsi, yeni tərəfdaşlıqların yaradılması, təhsil sahəsində innovasiyalar üzrə fikir mübadiləsinin aparılmasıdır.

Toplantıda Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının regional seminarının 2018-ci ildə ADNSU-nun ev sahibliyi ilə Bakıda keçirilməsi haqqında qərar qəbul edilib.

Tədbir oktyabrın 16-da başa çatacaq.

Xatırladaq ki, professor M.Babanlı bu il Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının üzvü seçilib.

(Visited 2 times, 1 visits today)