“Vikipediya virtual ensiklopediyasının nəzəri və praktiki əsasları” kitabı çapa hazırlanır

“Vikipediya virtual ensiklopediyasının nəzəri və praktik əsasları” kitabı nəşr olunacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutundan bildirilib ki, kitabda viki texnologiyaları ilə idarə edilən və dünyanın ən nəhəng virtual layihələrindən olan “Vikipediya” ensiklopediyasının yaranma tarixi, layihələri, əhəmiyyəti, problemləri və cəmiyyətdə rolu haqqında məlumatlar yer alıb. Nəşrdə, həmçinin ensiklopedik veb-səhifələrin yaradılması üçün tətbiq edilən qayda və mexanizmlər şərh olunub. Burada “Vikipediya”ya multimedia fayllarının yüklənməsi və dəyişdirilməsi, ensiklopedik məqalələrin yaradılması prosesində şablonlar, mənbələr və multimedia fayllarından düzgün istifadə, o cümlədən müəlliflik hüquqları ilə bağlı qaydalar haqqında ətraflı məlumat təqdim edilir.

Kitabda viki-mühitdə baş verən prosesləri dərindən analiz etmək, müxtəlif istiqamətlərdə monitorinq aparmaq üçün nəzərdə tutulmuş mövcud analitik sistemlərin və viki-cəmiyyətdə istifadə olunan əsas terminlərin izahı verilib. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

(Visited 1 times, 1 visits today)