Xəzər Universitetinin əməkdaşı elmi ezamiyyətdə olmuşdur

2016-cı il oktyabrın 02-dən 09-dək Xəzər Universiteti Riyaziyyat departamentinin müdiri Əli Hüseynli Yıldız Teknik Universitetində (İstanbul, Türkiyə) elmi ezamiyyətdə olmuşdur. Ə.Hüseynli Riyaziyyat bölümündə bölüm əməkdaşları, doktorantlar və magistrlərin iştirak etdiyi bir neçə seminarda “Özünə qoşma olmayan bir differensial operatorun bəzi spektral xassələri” mövzusunda çıxış etmişdir. O, həmçinin, Riyaziyyat bölümünün doktorantları və magistrləri üçün “Analitik funksiyaların sərhəd məsələləri və onların bazislik məsələlərinə tətbiqi” mövzusunda bir həftəlik dərs təşkil etmişdir. Əli Hüseynlinin Riyaziyyat bölümündəki bir həftəlik fəaliyyəti Fən-Ədəbiyyat fakültəsinin və Riyaziyyat bölümünün rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş və riyaziyyat bölümünün bir magistrinə elmi rəhbərlik etməsi təklif edilmişdir.

(Visited 2 times, 1 visits today)