Yanvar-sentyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi 5,5 faiz artıb

2016-cı ilin yanvar-sentyabr aylarında informasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 1171,4 milyon manatlıq xidmətlərin 72,5 faizi əhali sektoruna aid olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-sentyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi 5,5 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 52,3 faizi və ya 612,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

(Visited 1 times, 1 visits today)