Akademik Rasim Əliquliyev “CAAI Transactions on Intelligence Technology” jurnalının redaksiya heyətinin üzvü seçilib

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev beynəlxalq “CAAI Transactions on Intelligence Technology” jurnalının redaksiya heyətinin üzvü seçilib.

Jurnal süni intellekt, verilənlərin intellektual analizi, intellektual şəbəkələr, mobil texnologiyalar, intellektual idarəetmə, robotlar və intellektual sistemlər kimi elmi istiqamətləri əhatə edir.

Qeyd edək ki, “CAAI Transactions on Intelligence Technology” dünyanın nüfuzlu “Elseiver” elmi bazasının nəşr etdiyi jurnallar siyahısındadır.