Azərbaycan Dillər Universitetində alman dili müasir media vasitələri ilə tədris olunur

Azərbaycan Dillər Universitetində (ADU) alman dili müasir media vasitələri ilə tədris olunur.

Bu sözləri ADU-nun alman dili kafedrasının professoru Ulduz Aslanova Almatı şəhərindəki Abay adına Qazaxıstan Pedaqoji Universitetində keçirilən alman dili qurultayında səsləndirib. Qurultay “Orta Asiya və Zaqafqaziya ölkələrində alman dilinin tədrisi” mövzusuna həsr olunub.

Qurultayda U.Aslanova alman dilinin tədrisinin vəziyyəti, onun birinci və ikinci xarici dil kimi tədrisi məsələlərinə toxunub, həmçinin ADU-da alman dilinin müasir media vasitələri ilə tədrisi haqqında məlumat verib.

Professor qurultay ərəfəsində Almaniyanın Haydelberq, Frayburq, Bilefeld, Berlin universitetlərinin və Kustanay Pedaqoji Universitetinin əməkdaşlarının keçirdikləri təkmilləşmə seminarlarında da iştirak edib.

(Visited 1 times, 1 visits today)