Azərbaycan Dövlət Neft və Sənaye Universitetində akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin adına təqaüd təsis edilib.

Noyabrın 3-də bu təhsil ocağında yeni təsis olunan təqaüdün təqdimetmə mərasimi keçirilib.

Mərasimdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyətindən, qazandığı uğurlardan danışıb. O, təsis olunan akademik Xoşbəxt Yusifzadə adına təqaüdün təhsildə yüksək uğurlar qazanmış tələbələrə veriləcəyini diqqətə çatdırıb.

Tədbirdə akademik Xoşbəxt Yusifzadəyə ADNSU–nun fəxri professoru adı verilib.

Sonra təhsildə yüksək nailiyyətlər əldə edən tələbələrə yeni təsis olunan təqaüd təqdim olunub.

(Visited 1 times, 1 visits today)