Azərbaycan dünyaya nümunə ola biləcək tolerant ölkədir

Noyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Multikulturalizm” mövzusunda tədbir keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru Ata Babayev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini xatırladıb.

Prorektor qeyd edib ki, bu gün xalqımızın multikultural ənənələrinin qorunması sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. Ölkəmizdə hər bir insanın azad, demokratik şəraitdə yaşamasına geniş imkanlar yaradılıb.

Multikulturalizmin tarixindən danışan dosent Yaşar Əhmədov ADNSU-da multikulturalizmə aid dərs vəsaitinin hazırlandığını diqqətə çatdırıb.

Dosent Fazil Rüstəmov “Tolerantlıq” mövzusunda məruzəsində Azərbaycanın dünyaya nümunə ola biləcək tolerant ölkə olduğunu vurğulayıb.

(Visited 1 times, 1 visits today)