Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti “Mühəndislik şöhrəti” ordeni ilə təltif olunub

Azərbaycan Mühəndislik Akademiyasının (AMA) vitse-prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) həqiqi üzvü, Rusiya Mühəndislik Akademiyasının əcnəbi üzvü, texnika elmləri doktoru, professor Əhəd Canəhmədova BMA-nın ali mükafatı – “Mühəndislik şöhrəti” ordeni təqdim olunub.

AMA-dan bildiriblər ki, alim bu mükafata mühəndislik elminin inkişafında böyük xidmətlərinə, tribologiya sahəsində elmi kəşfinə, yeni texnologiyaların işlənməsində və tətbiqindəki uğurlu nəticələrinə, yüksək ixtisaslı mühəndis kadrlarının hazırlanmasındakı və beynəlxalq əlaqələrin möhkəmlənməsindəki fəaliyyətinə görə layiq görülüb.

Mükafatı Ə.Canəhmədova BMA-nın Prezidentlər Şurasının qərarı ilə Beynəlxalq və Rusiya Mühəndislik akademiyalarının prezidenti, SSRİ-nin və Rusiyanın dövlət mükafatları laureatı, akademik Boris Qusev təqdim edib.

(Visited 1 times, 1 visits today)