Azərbaycanlı alim Rusiya Təbiətşünaslıq Akademiyasının həqiqi üzvü seçilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı, fizika-riyaziyyat elmlər doktoru Bəxtiyar Nəcəfov Rusiya Təbiətşünaslıq Akademiyasının həqiqi üzvü seçilib.

Oktyabrın 11-də Rusiya Təbiətşünaslıq Akademiyasının ümumi iclasında bu qurumun həqiqi üzvlüyünə seçkilərin nəticələri təsdiqlənib. İclasda gizli səsvermə yolu ilə seçilən beynəlxalq səviyyədə tanınmış 21 alimin adı açıqlanıb. Onların sırasında fizika-riyaziyyat elmlər doktoru Bəxtiyar Nəcəfovun adı da yer alıb.

Qeyd edək ki, B.Nəcəfov detektorlor və günəş elementlərinin hazırlanması ilə məşğul olan tanınmış alimdir. O, 2015-ci ildə Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü seçilmişdir. Alim, həmçinin həmin qurumun “Elm və Təhsil əməkdar xadimi” fəxri adına layiq görülmüş, bir sırabeynəlxalq təşkilatların diplom və medalları ilə təltif olunmuşdur.

(Visited 8 times, 1 visits today)