Bakı Dövlət Universitetinin alimləri Moskvada konfransda çıxış ediblər

Moskvada Rusiya Xalqlar Dostluğu Universitetinin və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “Türkologiyanin müasir problemləri: dil-ədəbiyyat-mədəniyyət” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, konfransda bu ali məktəbin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyevanın çıxışı dinlənilib.

Beynəlxalq tədbirdə filologiya fakültəsinin müəllimləri Yeganə İsmayılova, Firuzə Ağayeva, Ramiz Əsgərov, Ülviyə Hüseynova və Leyla Gərayzadə iştirak ediblər.

(Visited 1 times, 1 visits today)