Beynəlxalq İqtisadiyyat Məktəbində məzun monitorinqi aparılıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində 2015/2016-cı tədris ili üçün məzun monitorinqi aparılıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, monitorinqin nəticələrinə görə Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunlarından 53 faizi universiteti bitirəndən sonra işə düzəlib. Onlardan 22 faizi magistraturaya qəbul olunub, 7 faizi isə hərbi xidmətdədir. Beləliklə, kifayət qədər yüksək olan 82 faiz göstərici əldə edilib.

Monitorinq zamanı məzunlardan 7 faizinin xarici universitetlərdən cavab gözlədiyi də məlum olub.

Monitorinq hər il davam etdiriləcək.

(Visited 1 times, 1 visits today)