Gəncəli alimə yeni vəzifə verilib

Gəncəli gənc alim Raqif Hüseynov Dünya Azərbaycanlıları Assambleyasının (DAA) elmi araşdırmalar və tədqiqat məsələləri üzrə vitse prezidenti təyin olunub. Yeni Azərbaycan Partiyasının fəallarından olan Raqif Hüseynovun bu uğuru YAP Gəncə şəhər Təşkilatı üzvlərinin böyük sevincinə səbəb olub. O, elmi araşdırmalarını davam etdirməklə yanaşı, YAP Gəncə şəhər Təşkilatı ilə sıx əlaqə saxlayır və qazandığı nailiyyətləri partiyanın adı ilə bağlayır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə elmə, təhsilə, gənclərə göstərdiyi diqqət və qayğıya görə daim  minnətdar olduğunu bildirir. Vətənpərvər və perspektivli gənc olaraq ona göstərilən etimad və etibarı  şərəfli işlərində ləyaqətlə doğrultmağa çalışır.

Raqif Hüseynov Azərbaycan Dövlət Aqrar Universitetini bitirib. Universitetin YAP Gənclər Birliyinin sədri kimi fəaliyyət göstərib, Universitetdə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin təşkil etdiyi “Menecment” ixtisasartırma kursunda təhsil alıb. Gəncə şəhər Statistika İdarəsində aparıcı-iqtisadçı vəzifəsində çalışıb. 2011-ci ildə Azərbaycan Dövlət Aqrar Univerisitetinin aqrar iqtisadiyyat fakültəsinin “İnzibati idarəetmə və gömrük ekspertizası” ixtisası üzrə magistr pilləsini bitirib. 2010-2015-ci illər ərzində Gəncə şəhər “Xəzər” Təhsil Mərkəzinin direktoru, 2014-2015-ci illər ərzində Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar siyasət və dünya iqtisadiyyatı” kafedrasının müəllimi olub. 2014-cü ildən Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar siyasət və dünya iqtisadiyyatı” kafedrasının dissertantıdır. 2015-2016-cı illər ərzində Polşanın paytaxtı Varşava şəhərində Təbiət Elmləri Universitetinin iqtisadiyyat fakültəsində dissertasiya müdfiyə edib. 25 elmi məqalənin və 1 dərslik kitabının müəllifidir. Varşavada Azərbaycan-Polşa Gənc Alimlərinin 1-ci Elmi Praktik Konfransını təşkil edib. Gənc alim hazırda Macarıstan Respublikasının Sent İstvan Univeristetinin doktorantıdır.

Raqif Hüseynovu Dünya Azərbaycanlıları Assambleyasının (DAA) elmi araşdırmalar və tədqiqat məsələləri üzrə vitse prezidenti təyin olunması münasibəti ilə  təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.

yenigence.com

(Visited 1 times, 1 visits today)