Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə A.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika Gimnaziyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, imzalanma mərasimində gimnaziyanın direktoru Murad Əlizadə rəhbərlik etdiyi təhsil müəssisəsi barədə məlumat verib. ADNSU ilə əməkdaşlığın səmərəli olacağına əminliyini bildirən direktor gimnaziyada universitetin bazasının yaradılacağını diqqətə çatdırıb.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbdə təhsilin səviyyəsinin yüksəldilməsi üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Rektor gimnaziyada ADNSU-nun bazasının yaradılmasının əhəmiyyətini vurğulayıb.
Sonra iki təhsil müəssisəsi arasında əməkdaşlığa dair sənəd imzalanıb.