Heminqueyun erməni xislətini ifşa edən hekayəsi

Nobel mükafatı laureatı Ernest Heminquey dünya ədəbiyyatına əsasən “Qoca və dəniz”, “Əcəl zəngi”, “Ya var, ya yox” romanları ilə tanınır. Lakin böyük yazıçının “klimancaro qarları”, “Frensiz Makomberin uzun sürməyən xoşbəxtliyi”, “Qadınsız kişilər” kimi böyük hekayələri, həmçinin dünya ədəbiyyatında onun adına bağlanan bir neçə  cümləlik kiçik hekayələri də ustalıqla qələmə alınıb.
Moderator.az yazıçının “Klimancaro qarları” hekayəsində maraqlı bir detalı təqdim edəcək.
Demək, ayağına düşən infeksiya səbəbindən öz ölümünün labüdlüyünə inanan Harri (əsas obraz) həyatının müəyyən çağlarında yaşanan hadisələri gözünün önünə gətirir. Bu əhvalatlardan biri də Türkiyədə yaşanıb. Taksimdə istirahət yerlərinin birində yaşanan hadisəni Heminquey belə təsvir edir:
“Taksim yaxınlığında girinə birinci keçəni bişirib şama dəvət elədi. Sonra rəqs etməyə durdular; gördü ki, qadın çox pis oynayır, o da yaxasını birtəhər onun əlindən qurtarıb bir erməni ləçərinə girişdi. Gözəlçəni bir ingilis topçusundan qoparmışdı, topçu da onu küçəyə çağırdı və onlar daş yolda, qaranlıqda tutaşdılar».
Kiçik hekayənin sonunda isə yazıçı erməni obrazını bir daha xatırlayır:
“Harri gedəndə o hələ yatmışdı; üzü-üzlər görmüş bir ləçər olduğu sübh işığında lap aydın bilinirdi”.
Böyük yazıçı təbii ki, burada siyasi motivlər axtarmır, sadəcə, kifayət qədər real insan olduğundan və bu reallığı da yaradıcılığına yansıtdığından gördüyü gerçək hadisəni qələmə alıb.