“Heterogen mühitlərdə metalların korroziyası və hidrogenləşməsi” kitabı nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının “Heterogen mühitlərdə metalların korroziyası və hidrogenləşməsi” kitabı “LAP LAMBERT Academic Publishing” nəşriyyatında çapdan çıxıb.

Kitab metalların korroziyadan və hidrogenləşmədən inqibitorlarla, metal örtüklərlə, termiki emalla korroziya nöqteyi-nəzərindən aqressiv heterogen mühitlərdə (ikifazalı sistemlərdə, elektrolitlərdə, turşularda) mühafizəsinə həsr olunub.

Kitab tələbələr və metalların korroziyadan mühafizəsi ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulub.

(Visited 1 times, 1 visits today)