İtaliya şirkəti Azərbaycanda tərəfdaşlar axtarır

Bakı Expo Mərkəzində keçirilən XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları “Bakutel 2016” sərgisinin iştirakçılarından biri də İtaliyanın Bolonya şəhərində fəaliyyət göstərən “OCEM AirfieldTechnology” şirkətidir.

Şirkətin satış meneceri Maurizio Messore AZƏRTAC -a müsahibəsində bildirib ki, aerodromlar üçün işıq diaqnostikası avadanlığı istehsal edən “OCEM AirfieldTechnology”nin məhsulları dünyanın bir çox ölkəsinə göndərilir. Belə ki, bu avadanlıqlar başlıca olaraq işıq lampalarından ibarət olmaqla uçuş xəttində təyyarələrin təhlükəsiz uçuş və enmələrini tənzimləyir, onlar üçün xəbərdarlıq rolunu oynayır.

Maurizio Messore əlavə edib ki, şirkətin məhsulları həmçinin Fransa və ABŞ-da da istehsal edilir. Azərbaycanda isə vaxtilə bəzi vertolyot meydançalarında istifadə olunub.

Şirkət “Bakutel 2016” sərgisində respublikamızda sözügedən avadanlıqların satışını həyata keçirmək üçün tərəfdaşlar axtarır.

(Visited 1 times, 1 visits today)