Jurnalistika fakültəsinin müəllimləri üçün ərəb dili kursları təşkil olunub

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi ilə Bakı Dövlət Universiteti (BDU) jurnalistika fakültəsinin müəllimləri üçün ərəb dili kursları təşkil olunub.

BDU-dan bildiriblər ki, kursun təşkilinin məqsədi ərəb ölkələrinin kütləvi informasiya vasitələri ilə bağlı tədqiqat aparan fakültə müəllimləri, magistrant və doktorantların dil bacarıqlarını yüksəltmək, onların həmin ölkələrin tarixi, müasir dövrü ilə bağlı vəsaitlərdən istifadə imkanlarını genişləndirməkdir.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində jurnalistika fakültəsinin tələbələri üçün də ərəb dili kursları keçirilir.

(Visited 2 times, 1 visits today)