Lester Universitetinin nümayəndəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təlim keçib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) beynəlxalq əlaqələr şöbəsinin “Kitabxananın təkmilləşdirilməsi” layihəsi çərçivəsində Böyük Britaniyanın Lester Universitetinin kolleksiya və informasiya sistemləri müdiri Coan Dunham ADNSU-nun kitabxanasında olub.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində kitabxana heyətinə elektron kataloqların inkişaf etdirilməsi, ümumilikdə sistemin müasirləşdirilməsi məqsədilə rəqəmsal sistemin tətbiqi ilə bağlı təlimlər keçən C.Dunham universitetin əsaslı kitabxanasının mütəşəkkil bazaya malik olduğunu vurğulayıb, keçirilən təlimlərin kitabxananın fəaliyyətinə daha böyük töhfələr verəcəyinə əminliyini bildirib.

(Visited 1 times, 1 visits today)