Məktəbdə “Təhsili dəstəkləyən yenilik və innovasiyalar” mövzusunda beynəlxalq konfrans keçirilir

Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) və Avropa Azərbaycan Cəmiyyəti noyabrın 17-də Avropa Azərbaycan Məktəbində “Təhsili dəstəkləyən yenilik və innovasiyalar” mövzusunda beynəlxalq konfrans keçirir.

AZƏRTAC xəbər verir ki, konfransda Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov və AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə daim böyük önəm verdiyini vurğulayıblar.

Eyni zamanda, konfransın əhəmiyyəti diqqətə çatdırılıb.

Sonra tanınmış beynəlxalq məruzəçi Bill Martinin (ABŞ) təqdimatı dinlənilib.

Tədbirdə tanınmış təhsil ekspertləri öz təcrübələrini bölüşüblər.

Təhsil müəssisələrində təlim nailiyyətlərini yüksəltmək istiqamətində geniş müzakirələr aparılıb.

(Visited 1 times, 1 visits today)