“Marketinq” dərsliyi çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun baş elmi işçisi, professor Tərbiz Əliyevin “Marketinq” kitabı (dərs vəsaiti) rus dilində nəşr olunub.

İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildiriblər ki, kitab Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası elmi şurasının qərarı ilə çap edilib.

Dərslikdə marketinq fəaliyyətinin əsasən aspektləri (əsas anlayışları, mahiyyəti, məzmunu və funksiyaları, onun idarə edilməsi, qiymət və qiymətlərin formalaşması, marketinq tədqiqatları, əmtəə siyasəti, reklam və satışın stimullaşdırılması, beynəlxalq marketinq və s.) verilib.

Kitab ali məktəb tələbələri və mütəxəssislər üçün nəzərdə tutulub.

(Visited 1 times, 1 visits today)