“Milli Nobel statusunda mükafat təsis oluna bilər”- İdeya müəllifi

“Bu ideya qələm dostlarımızla bir söhbət əsnasında ortaya çıxıb. Niyyət ədəbi prosesin vicdanlı, ədalətli dəyərləndirilməsini həyata keçirməkdir. Mükafatın 4 nominasiyada – poeziya, nəsr, tərcümə və ədəbiyyatşünaslıq – ildə bir dəfə təqdim olunması düşünülür. Hazırda bu barədə nüfuzlu ədəbiyyat adamları ilə məsləhətləşmələr aparırıq”.
Bunu tanınmış şair Salam Sarvan bildirib. Qeyd edək ki, şairin ötən gün şəxsi “facebook” səhifəsində ideya olaraq irəli sürdüyü məsələ ədəbi cameənin nümayəndələri tərəfindən marağa səbəb olub. Şair ideyanın baş tutacağı təqdirdə hər il 4 nəfərin bu mükafata layiq görüləcəyini və laureatların “Milli Nobel” nitqi söyləyəcəklərini də əlavə edib: “Ancaq bu ideyanın gerçəkləşməsi həm də maliyyə qaynaqlarına bağlıdır.”