Rusiya Biblioqrafik Ensiklopediyasında azərbaycanlı alim haqqında məlumat dərc edilib

Bu günlərdə işıq üzü görən “Böyük Rusiya” (“Velikaya Rossiya”) 100 cildlik Rusiya Biblioqrafik Ensiklopediyasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mikrobiologiya İnstitutunun laboratoriya müdiri, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, professor Nəriman İsmayılov haqqında biblioqrafik məlumat dərc edilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bundan əvvəl N.İsmayılovun rusiyalı alimlərlə həmmüəllif olduğu “Neft-qaz geologiyasının əsasları” kitabı “Böyük Rusiya” ensiklopediyasında nəşr edilib.

Professor N.İsmayılov Rusiya Dövlət Humanitar Universitetində reallaşan elmi-praktik konfrans çərçivəsində “Akademus” nəşriyyatının keçirdiyi “Ən yaxşı elm və təhsil nəşri” mövzusunda birinci beynəlxalq müsabiqənin qalibi olub.

(Visited 1 times, 1 visits today)