Torpaqşünaslıq və Aqrokimya İnstitutunda israilli mütəxəssislərin məruzələri dinlənilib

İsrailin “İRRİGATOR” suvarma texnologiyaları şirkətinin inkişaf direktoru Sergey Alba və layihələr üzrə meneceri Andrey Poquça Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda (TAİ) keçirilən seminarda “Yeraltı damla suvarma” mövzusunda məruzə ilə çıxış ediblər.

TAİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, professor Əlövsət Quliyev institutun elmi-tədqiqat istiqamətləri, həyata keçirdiyi müştərək layihələr barədə məlumat verib.

Sonra suvarmada mütərəqqi texnologiyaların dəstəklənməsi, su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi, suyun səmərəli və qənaətlə istifadəsində müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı müzakirələr keçirilib. Həmçinin yeni suvarma texnologiyalarının ölkəmizdə də tətbiqi, müvafiq sahədə Azərbaycan-İsrail əməkdaşlığının inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 

(Visited 1 times, 1 visits today)