Yazarımız MDB-də qalib ola bilər

150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasından böyük yapon yazıçısı, Nobel mükafatı laureatı Kenzaburo Oenin seçilmiş əsərlərinin tərcüməsini bu yaxınlarda başa vurmuşam.

 

Bu sözləri “İşıqsızlıq” hekayəsi MDB üzrə keçirilən ədəbi müsabiqədə qısa siyahıya düşən yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı yaradıcılığındakı yeniliklərlə bağlı Axar.az-a danışarkən deyib. O, müsabiqənin qalibinin yaxın günlərdə elan olunacağını bildirib:

 

“Bir neçə gündən sonra müsabiqənin qalibi bəlli olacaq. Hazırda yaradıcılığımı davam etdirirəm. Artıq ikicildlik “Gürcü nəsri antologiyası”nı tamamlamaq üzrəyəm. Antologiyada gürcü yazıçılarının əsərləri toplanıb. Bir də məşhur gürcü yazıçısı Qoderzi Çoxelinin kitabını yenidən nəşrə hazırlayıram. Topludakı hekayələrin təxminən yarısı yeni tərcümə olunub. Yaxın müddətdə yeni bir nəsr kitabım üzərində işləməyə başlamaq fikrindəyəm”.

(Visited 1 times, 1 visits today)