Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu beynəlxalq tədbirlərdə

15401279_1149147288526489_1842713121_nSamir Pənəliyev

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil edir. Buna nümunə olaraq Rusiya Azərbaycanlı Gənclər Birliyinin Moskvada keçirilən VII forumunu göstərə bilərik.

“Crocus” Sərgi Mərkəzində “AMOR nəsli: Vətənpərvərlik, Yaradıcılıq, Uğur” adı altında keçirilən forumda Rusiya və Azərbaycanın rəsmi şəxsləri, 500-dən çox nümayəndə və fəxri qonaqlar  iştirak etmişdir.

Forumda – “AMOR-un diasporun möhkəmlənməsində rolu”, Gənclər biznesdə: startapların yaranması və inkişafı”,  “Multikulturalizm millətlərarası və dövlətlərarası münasibətlərin əsası kimi”, “2017-ci il Rusiyada ekologiya ili – Azərbaycan gəncliyinin töhfəsi” mövzularında plenar iclaslar keçirilmişdir.

Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş sərgi Forum iştirakçılarının xüsusi marağına səbəb olmuşdur. AMOR-un sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak etmiş və Gənclər Fonduna həsr edilmiş güşə ilə tanış olmuşdur.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Gənclər Fondunun gənclər üçün açdığı imkanlardan və fərdi layihələrin uğurundan, Fondun fəaliyyətindən, 5 il ərzində görülən işlərdən  danışmış, sərgi iştirakçılarına geniş məlumat vermidir. F.Hacıyev, həmçinin, Rusiya Federasiyasında baş tutmuş bir sıra diqqətə layiq tədbirlərin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihələr çərçivəsində baş tutduğunu da bildirmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ölkə gəncləri beynəlxalq və yerli tədbirlərdə daim müvəffəqiyyətlə iştirak edir və bu istiqamətdə Fondun maliyyə dəstəyi ilə Türkiyə Respublikasının İstanbul şəhərində təşkil edilmiş “III Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu”nu, Portuqaliya Respublikasının Portu şəhərində təşkil edilən “Beynəlxalq Şura Yığıncağı”nı nümunə göstərə bilərik.

Həmçinin Mən Pənəliyev Samir “Türkiye Universitetleri Mezunları” İctimai Birliyinin  Gənclər Mərkəzinin  Sədr müavini  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 18 dekabr 2015-ci il – 15 yanvar 2016-cı il tarixlərində keçirdiyi 8-ci qrant müsabiqəsində “C”  kateqoriyası üzrə mən də iştirak etmişdim və “Etika və ictimai davranış mədəniyyətinin təbliği” adlı layihəm uğur qazanmışdır. Bu layihə çərçivəsində mən bir sıra tədbirlər keçirmiş, Ulu Öndərimiz Heydər Əliyevin azərbaycançılıq ideyasının daim təbliğ edilməsi gərəkdiyini və Gənclər Fondunun bu istiqqamətdə biz ictimai fəal gənclərə davamlı dəstəyini vurğulamışam. Bu kimi maarifpərvər tədbirlərin davamlı olmasını arzu edirəm.

(Visited 6 times, 1 visits today)