Azərbaycanlı alim beynəlxalq jurnalın redaksiya şurasının üzvü seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Fikrət Əliyev Ukrayna Elmlər Akademiyasının S.Timoşenko adına Mexanika İnstitutunun “Tətbiqi mexanika” beynəlxalq elmi-nəzəri jurnalının redaksiya şurasının üzvü seçilib.

AZƏRTAC xəbər verir ki, 1955-ci ildə təsis edilmiş jurnal dünyanın nüfuzlu elmi nəşrlərindən hesab olunur.

Jurnal tətbiqi mexanikanın müxtəlif istiqamətlərini əhatə edir.

(Visited 2 times, 1 visits today)