Dərsliklərdə reklam qadağan edilir

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünən keçirilən birgə iclasında “Təhsil haqqında” qanuna dəyişiklik məsələsi müzakirə olunub.

“Təhsil haqqında” qanunun 11.4-cü maddəsi “dərsliklərdə, dərs vəsaitlərində, tədris materiallarında, məktəb gündəliyində, dəftərdə, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitablarda reklam yerləşdirilə bilməz” formasında yeni redaksiyada verilir.

Qanunun 11.5-ci maddəsinə əsasən  yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz.

İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilməsi nəzərdə tutulur.

(Visited 1 times, 1 visits today)