Dünyada ən yaxşı təhsil bu ölkələrdə verilir- Azərbaycan neçənci sırada?

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı hər 3 ildən bir 15 yaşdan yuxarı şagirdlər arasında onların riyaziyyat-məntiq və nəzəri oxu və ümumi fənn  göstəricilərini əks etdirən beynəlxalq miqyaslı araşdırmalar aparır. Həmin araşdırmaların nəticəsində dünyanın ayrı-ayrı ölkələrindəki təhsilin durumu müəyyənləşir.
Moderator.az beynəlxalq qurumun rəsmi saytına istinadən xəbər verir ki, araşdırmaların nəticəsində məlum olub ki,  ən yaxşı  nəticəni Sinqapur göstərib. Sinqapur məktəbliləri hər üç nominasiyada lider olub. İkinci yerə sahiblənən Yaponiyada isə məktəblilər ümumi fənn göstəricisində ikinci yeri tutsalar da, riyaziyyatdan səkkizinci nəticəni göstəriblər.
Üçüncü yerin sahibi isə bizə o qədər də uzaq olmayan kiçik Estoniyadır.
İlk onluğa daxil olan digər yerlərdə qərarlaşan ölkələr aşağıdakılardır: Tayvan, Finlandiya, Kanada, Vyetnam, Honq-Konq, Çin və  Cənubi Koreya.
Dünya nəhəngi ABŞ siyahının 13-cü, əsas rəqibi Rusiya 31-ci, qardaş Türkiyə isə 51-ci pilləsindədir. Azərbaycan isə təəssüf ki, ilk əllilikdə qərarlaşmayıb.
(Visited 1 times, 1 visits today)