“Google Translate” yeni sistem yaradıb

“Google Translate” xidməti yeni sistem – “İnterlinqva” sistemini yaradıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, şirkətin tədqiqatçıları hesab edirlər ki, “İnterlinqva” universaldır və o, avtomatik tərcümə texnologiyalarında istifadəyə yönəldilib. Yeni dil tamamilə çətin oxunandır və insanların istifadəsi üçün nəzərdə tutulmayıb.

Nyu-York Universitetinin alimi Kyunqyun Ço deyib: “Mən şübhə etmirəm ki, biz vahid neyron şəbəkəsi əsasında eyni zamanda yüzdən çox müxtəlif dilə yiyələnəcək avtomatik tərcümə sistemi yaradacaq və öyrədəcəyik”.

Qeyd edək ki, bir müddət öncə “Google Translate” sistemi ən məşhur dillərdə tərcümələrin həyata keçirilməsi üçün neyron şəbəkəsindən istifadə etməyə başlayıb.

Neyron şəbəkəsi mətnin kontekstindən heç bir sözü nəzərdən qaçırmadan bütün cümləni eyni vaxtda keyfiyyətli tərcümə edir. Bu şəbəkə eyni anda bir neçə dillə işləyə bilər. Məsələn, əgər sistemə ingilis və yapon, ingilis və Koreya dilləri arasında tərcümə etmək öyrədilibsə, o, tərcüməni yapon və Koreya dilləri arasında yerinə yetirə bilər. Bu zaman aralıq dil kimi ingilis dilindən istifadəyə ehtiyac qalmır.

Hazırda 103 dildə tərcümə həyata keçirən “Google Translate” online-tərcüməçi sistemi hər gün orta hesabla 140 milyard söz emal edir.

(Visited 9 times, 1 visits today)