“Hər il 100 gənc dünyanın ən reytinqli universitetlərinə göndərilsin”

Azərbaycan hökuməti bütün maliyyə çətinliklərə baxmayaraq ildə yüz nəfər istedadlı gənci xaricdə reytinqli universitetlərdə oxumağa göndərməlidir.

 

Modern.az-ın xəbərinə görə, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisdə büdcə zərfinin müzakirə zamanı deyib. Deputat bildirib ki, “Xaricdə təhlis dövlət proqramın”a əsasən 2015-ci ilədək 5 min tələbə təhsil alamalı idi: “Ancaq bu proqram sonadək yerinə yetirilmədi və cəmi 3700 tələbə xaricə təhsilə göndərildi və onların da, əksəriyyəti ölkəyə qayıtmadı və xaricdə qaldılar. Hələ Heydər Əliyev zamanında tələbələr ’“inosstranı” adı ilə SSRİ-nin müxtəlif ali məktəblərinə göndərirdi. Onların da böyük qismi keçmiş sovet ölkələrində qaldırlar və indi bizim diasporanın əsasını təşkil edirlər. Ona görə də təklif edirəm ki, maliyyə çətinliyinə baxmayaraq ildə biz 100 istedadlı gənci xaricdəki reytinqli ali məktəblərdə təhsil almasına şərait yaratmalıdır”.

 

Q.Həsənquliyev eyni zamanda repetitorluq institutu ilə bağlı məsləyə toxunaraq bildirib ki, bu gün elə bir tələb yoxdur ki, repetitorsuz ali məktəbə daxil olsun: “Sorğu aparsaq görərik ki, bir nəfərdə repetitorsuz ali məktəbə daxil olmayıb. Bunun səbəbi odur ki, məktəbdə müəlimlər proqram üzrə dərs keçir, repetitorlar isə test üsulu ilə keçirlər. Ona görə də təhsil sahəsində islahat aparılıb məktəblərdə də müəllimlər test üsulu ilə tədris etsinlər və şagirdlərə test üsulu ilə dərs keçsinlər”.

(Visited 1 times, 1 visits today)