Hər il Erasmus proqramı üzrə minədək azərbaycanlı tələbə Avropanın müxtəlif ölkələrində təhsil alır

Madriddə Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) və milli hakimiyyət orqanlarınin dəstəyi ilə reallaşdırılan Erasmus proqramı iştirakçılarının toplantısı keçirilib.

Toplantıda Erasmus proqramının Azərbaycan üzrə nümayəndəsi Pərviz Bağırov da iştirak edib.

P.Bağırov tədbir iştirakçılarına Azərbaycanda təhsil müəssisələri barədə məlumat verib. Bildirilib ki, hər il bu proqram üzrə minədək azərbaycanlı tələbə təhsil mübadilə proqramları çərçivəsində Avropanın müxtəlif ölkələrində, o cümlədən İspaniyada təhsil alır. Azərbaycan universitetlərinin maddi-texniki bazası və elmi potensialı xaricdən tələbə qəbul etməyə imkan verir.

Toplantı çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təqdimatlar keçirilib.

(Visited 1 times, 1 visits today)