“Internet Archive” Kanadaya köçürülür

“Internet Archive” təşkilatı Birləşmiş Ştatlarda yerləşən dünyadakı ən böyük “veb”sayt arxivini Kanadaya köçürməyə hazırlaşır. Bu bəyanatla təşkilatın banisi Bryuster Keyl çıxış edib. O, ictimaiyyətə müraciət edərək, arxivin Kanadaya köçürülməsi üçün maddi yardım etməyə çağırıb. B.Keyl qeyd edib ki, Donald Trampın ABŞ Prezidenti seçilməsi internetə qarşı böyük məhdudiyyətlərə səbəb ola  bilər.

Xəbəri “Vladitime.ru” verib.