Kamal Abdullanın Türkiyədə yeni kitabı çap olundu

Yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanlarından sonra bu trilogiyanın sonuncu romanı “Unutmağa kimsə yox…” (Kemal Abdulla. “Unutmağa kimse yok…”, Ankara 2016.) da Türkiyənin məşhur “Bengü” nəşriyyatında nəşr edilib.

Bir müddət əvvəl Moskvada işıq üzü görən bu roman indi türk oxucusuna təqdim nəfis tərtibatda təqdim edilib.

Romanın türk dilinə çevirən və ön sözün müəllifi İstanbul Yedditəpə Universitetinin dostenti Arif Acaloğludur.

Kitabın ön sözündə roman müxtəlif aspektlərdən təhlil olunur, oxucuya romanı daha dərindən anlaması üçün ipucları verilir.

A.Acaloğlu bu romanı dil sərhədlərini aşan və yalnız alternativ təhlillərlə qavranıla bilən kitab kimi dəyərləndirir.

Kitabın üzündə Azərbaycanın ən uca zirvəsi olan Bazardüzünün şəkli yer alıb.

Kitabın arxa üzündə Kamal Abdullanın ədəbi və elmi fəaliyyəti, əsərlərinin tərcümə olunduğu dillər, nəşr olunduğu ölkələr haqda məlumat öz əksini tapıb.

(Visited 1 times, 1 visits today)