Mirzə İbrahimovun həyat yoldaşına ünvanladığı məktublar nəşr olunub

Bu günlərdə görkəmli dövlət və ictimai xadim, Xalq yazıçısı Mirzə İbrahimovun həyat yoldaşı Sara xanıma ünvanladığı məktublardan ibarət “Sevgi məktubları” kitabı “Azərnəşr” nəşriyyatında çapdan çıxıb.

Saf sevgi, qarışılıqlı dərin məhəbbət, qeyri-adi lirik duyğular həmin məktubların ana xəttini təşkil edir. Məktubların böyük ictimai əhəmiyyəti ondadır ki, dövrün ədəbi, tarixi prosesləri, yazıçının öz müasirlərinə münasibəti burada əksini tapmışdır.

Kitabın redaktoru AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunundirektor müavini, fil.ü.e.d. Paşa Kərimov, ərəb qrafikasından latın qrafikasına çevirəni isə Aslan Kənandır.

(Visited 1 times, 1 visits today)