Nazirlik elmi tədqiqat aparanlara mükafat verəcək

Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə elmi tədqiqatların prioritet istiqamətlərdə aparılmasını dəstəkləmək məqsədilə stimullaşdırıcı mexanizmlər işləyib hazırlayacaq.

Publika.az-ın məlumatına görə, bu, Azərbaycan prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qeyd edilib.

Sənəddə bildirilir ki, bu stimulaşdırma mexanizmlərinə həm maddi, həm də qeyri-maddi mexanizmlər aid olacaq. Maddi stimullaşdırma mexanizminin hazırlanmasında Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edərək qaydalar hazırlayacaq. Tədqiqatçıları təşviq etmək üçün onlar arasında müsabiqələr keçiriləcək və mükafatlar müəyyən ediləcək.

(Visited 4 times, 1 visits today)