“Orta məktəb dərslikləri təkmilləşdirilməlidir

“Azərbaycanda orta məktəb dərsliklərin tam təkmilləşdirilməsinə ehtiyac var”.

APA-nın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, hazırda dərslikləri yazanları bu sahədə ən səriştəli müəlliflər hesab etmək olmaz.

M.Vəliyeva qeyd edib ki, Təhsil Nazirliyinə verilən səlahiyyətlərə əsasən, dərslik müəllifləri ilə müqavilələrin imzalanması müsbət nəticə verəcək.

İbtidai siniflərin dərsliklərindəki proqramların, məsələlərin çətin olması ilə bağlı  səslənən fikirlərə gəlincə, M. Vəliyeva deyib ki, bu məsələdə təzadlı fikirlər ola bilər:

“Hansısa valideynin fikrincə, dövlət proqramları, dərsliklər və müəyyən standartlar çətindir. Amma dərsliklər mütəxəssislər tərəfindən ölçülüb, qiymətləndirilib, beynəlxalq təcrübədə öyrənilib.

Güman edirəm ki, bu gün məktəblərdə yaxşı oxuyan şagirdlər həmin proqram əsasında təhsil alırlar. Təbii ki, ali təhsilli valideynlər şuaqlarına ev tapşırıqlarının yerinə yetirilməsində daha rahat kömək edir. Lakin təhsili olmayan valideynlər üçün bu proqramların öhdəsindən gəlmək çətin olur”.

(Visited 1 times, 1 visits today)