“Şeyxülislamlığın tarixi” kitabının təqdimatı keçirilib

Dekabrın 7-də “Fairmont Baku” otelində “Şeyxülislamlığın tarixi” kitabının təqdimatı olub.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, bir sıra ölkələrin səfirləri, dini icmaların rəhbərləri, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə müxtəlif dinlər və millətlər arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib. Qeyd edib ki, mürəkkəb coğrafi-siyasi məkanda yerləşməsinə baxmayaraq, Azərbaycanın yarada bildiyi uğurlu multikulturalizm və tolerantlıq nümunəsi beynəlxalq aləmdə mütərəqqi model kimi qəbul olunur və öyrənilir.

(Visited 10 times, 1 visits today)