Təhsil Nazirliyində İKT sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb

Təhsil Nazirliyində bu qurum və Kənd Təsərrüfatı Nazirliyi ilə Çinin İqtisadi Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzi arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.

Təhsil Nazirliyindən bildiriblər ki, müqaviləyə əsasən, Çin Xalq Respublikası hökumətinin texniki yardımı hesabına tədris prosesində istifadə olunması məqsədilə İKT avadanlıqlarının təhsil müəssisələrinə çatdırılması nəzərdə tutulur.

(Visited 1 times, 1 visits today)