Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu müzakirə olunub

Dekabrın 2-də Bakıda Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin təşkilatçılığı ilə “Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil üzrə yerli və beynəlxalq ekspertlər, xarici akkreditasiya qurumlarının nümayəndələri iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, konfransın keçirilməsinin məqsədi təhsildə keyfiyyətin idarə olunması, akkreditasiya sahəsində qarşıya çıxan çətinliklər və uğurlu təcrübələr ətrafında fikir mübadiləsi aparmaq, əməkdaşlıq perspektivlərini müzakirə etməkdir. Nazir, həmçinin təhsil sisteminin qarşısında duran vəzifələrdən, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası ilə bağlı görülən işlərdən, təhsildə keyfiyyətin təminatı üçün innovativ yanaşmaların əhəmiyyətindən və akkreditasiyanın rolundan danışıb.

(Visited 2 times, 1 visits today)