UNEC və ATU birgə kadr hazırlığına başlayır

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycan Texnologiya Universiteti (ATU) “Qida məhsulları mühəndisliyi”, “Marketinq” və “Menecment” ixtisasları üzrə mütəxəsis hazırlığını birgə aparacaqlar.

İqtisad Universitetindən 525.az-a verilən məlumata görə, əməkdaşlıq UNEC-in rektoru, professor Ədalət Muradov və ATU-nun rektoru, professor Akif Süleymanov arasında imzalanan əməkdaşlıq haqqında müqavilədə öz əksini tapıb.

Müqaviləyə əsasən, mütəxəssis hazırlığı UNEC-in tədris planları və müvafiq fənn proqramları əsasında aparılacaq.

Sənəddə, həmin ixtisaslarda təhsil alan ATU tələbələrinin UNEC-də, UNEC tələbələrinin ATU-da bir semestr boyunca təhsil almaları qeyd edilib. UNEC-in professor-müəllim heyətinin ATU-da bu ixtisaslar üzrə keçirilən aralıq və yekun dövlət imtahanlarında iştirakı da nəzərdə tutulub.

(Visited 1 times, 1 visits today)